Gəncədə avtomobil piyadanı vuraraq uzaqlaşıb

Gəncədə avtomobil piyadanı vuraraq uzaqlaşıb
# 15 avqust 2017 07:34 (UTC +04:00)

Gəncədə yolu keçən piyadanı avtomobil vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə səhər saat 06:00 radələrində şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1936-cı il təvəllüdlü Qocayev Rahib Əsədulla oğlu yolu keçən zaman hələ ki markası məlum olmayan avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb. Yaralı kişi dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR