“Regionda mövcud olan münaqişələr ölkələrin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının 8-ci görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.
“Əsas çətinliyimiz regionda həll edilməmiş münaqişələrdir”, - deyə Azərbaycan XİN başçısı vurğulayıb.
Nazir qeyd edib ki, üçtərəfli görüş çərçivəsində imzalanan birgə bəyanata Azərbaycan tərəfindən tam təhlükəsizliklə bağlı bölmə əlavə edilməsi təklif edilib və bu təklif qəbul olunub.