Sabah Bakının bəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah Bakının bəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 11 aprel 2017 16:06 (UTC +04:00)

Sabah səhər saatlarından etibarən Dövlət Elektrik Stansiyasına gedən yolun “Mir Mövsüm Ağa” ziyarətgahı ilə “Azal” Arenanın yerləşdiyi hissəsində və “Azal” Arena istiqamətinə gedən Starçük küçəsində nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik qismən məhdudlaşdırılacaq.

Bu barədə “APA-Economics”ə "Azəravtoyol” ASC-dən məlumat verilib.

Məlumata görə, məhdudlaşdırma küçədə təmir işlərin aparıldığı hissələr üzrə 2 gün ərzində tətbiq ediləcək. Sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR