Xaçmazda oğurluq etməkdə təqsirli bilinən 2 nəfər saxlanılıb

Xaçmazda oğurluq etməkdə təqsirli bilinən 2 nəfər saxlanılıb
# 18 noyabr 2016 10:00 (UTC +04:00)

Xaçmaz rayonunda mağazadan oğurluq etməkdə təqsirləndirilən şəxslər saxlanılıb.

APA-nın şimal bürosunun məlumatına görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Kərimov Axundbala Xanbala oğluna məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən Köhnə Xaçmaz kənd sakini Əziz Hacıbalayev və Xaçmaz şəhər sakini Elvin Heydərov saxlanılıb.

İstintaq zamanı məlum olub ki, Əziz və Elvin qabaqcadan əlbir olaraq oğurluq planın hazırlayıb. E. Heydərov 27 BX-311 dövlət nömrə nişanlı “Kio Rio” markalı avtomaşınla Xaçmaz şəhərinin Nəriman Nərimanov prospektində yerləşən Axunbala Kərimova məxsus mağazanın qarşısında pusquda dayanıb. Ə. Hacıbalayev isə mağazanın qapısını sındırmaqla içəri daxil olub. Mağazadan müxtəlif adda uşaq, qadın və kişi paltarları oğurlanıb. Zərərçəkmiş şəxsə ümumilikdə 2500 manat məbləğində maddi ziyan dəyib.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə cinayət işi açılıb. İstintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR