Fransa dövlət katibi: “Azərbaycanla bəzi layihələrin icrası nəzərdə tutulur”

Fransa dövlət katibi: “Azərbaycanla bəzi layihələrin icrası nəzərdə tutulur”
# 09 fevral 2017 08:31 (UTC +04:00)

"Azərbaycanla Fransa arasında əlaqələr qədim tarixi var”.

APA-nın məlumatına görə, bunu Fransanın baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vinsent Plase deyib.

O bildirib ki, iki ölkə arasında müəyyən layihələrin icrası nəzərdə tutulur: "Son zamanlar yüksək səviyyədə qarşılıqlı səfərlər təşkil olunur. Bu isə ölkələr arasında əlaqələrin dinamikliyini göstərir. Təhsil sahəsində əməkdaşlıq yüksək səviyyədədir və Fransa şirkətləri burada yüksək səviyyədə təmsil olunur”.

Jean-Vinsent Plase qeyd edib ki, səfərin əsas məqsədlərindən biri “ASAN xidmət”lə tanış olmaqdır. “Biz xidmət rəhbərliyi ilə ikitərəfli əməkdaşlıq barədə müzakirələr apardıq. Həmçinin elektron hökumət portalının işlənməsi sahəsində layihələr həyata keçirmək niyyətindəyik. Əsas məqsəd təcrübə mübadiləsi həyata keçirməkdir. Fransa da elektron hökumətlə bağlı müəyyən təcrübəyə malikdir. Biz ASAN səyyar avtobusları bir sıra departamentlərdə tətbiq edə bilərik. Açıq hökumət sahəsində tərəfdaşlıqla bağlı bir sıra görüşlər keçirdik və keçirəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR