Yaponiyada avtobus qəzası olub, 20 nəfər xəsarət alıb

Yaponiyada avtobus qəzası olub, 20 nəfər xəsarət alıb
# 17 aprel 2017 07:35 (UTC +04:00)

Yaponiyada abtobusla minik avtomobilin toqquşması nəticəsində 20-dən çox insan xəsarət alıb.

APA-nın “TASS”-a istinadən verdiyi məlumata görə, hadisə Küsyü adasının İidzuka şəhərində qeydə alınıb. Xəsarət alanlar xəstəxanalara çatdırılıb, onlardan birinin vəziyyəti çox ağır qiymətləndirilir. Qəza zamanı avtobusda 60 nəfərin olduğu, hadisənin dar yolda baş verdiyi bildirilir.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR