Bakıda restoranda dava salan şəxs saxlanılıb

Bakıda restoranda dava salan şəxs saxlanılıb
# 12 avqust 2015 10:09 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda restoranlardan birində dava düşüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 10-da Xətai rayonu ərazisindəki restoranlardan birində qeydə alınıb. Şəxsiyyəti məlum olmayan şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini Mehman Mustafayevi döyüb.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Rəfael Hüseynov olması müəyyən edilib və o saxlanılıb. Ondan idman tapançası götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR