Ucar rayonunda 24 yaşlı qız itkin düşüb - FOTO

Ucar rayonunda 24 yaşlı qız itkin düşüb - <span style="color: red;">FOTO
# 18 avqust 2015 09:56 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Qaracallı kəndində yaşayan 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmova bu il iyulun 31-də evdən xəbərsiz gedib və bir daha geri qayıtmayıb.

Onun xarakterik əlamətləri belədir: boyu 164 sm, qara uzun saçlı, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxarkən əynində göy cins şalvar, qara kofta olub.

Şəlalə Rüstəmovanı itkin düşdükdən sonra görənlərdən və barəsində məlumatı olanlardan DİN-in 102 Xidmətinə, həmçinin (050) 471-00-10 və ya Ucar Rayon Polis Şöbəsinə (02021) 3-15-85 nömrəli telefonlara zəng vuraraq məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR