Bakıda "KamAZ" və ev yanıb

Bakıda "KamAZ" və ev yanıb
# 20 avqust 2017 02:11 (UTC +04:00)

Bakıda iki yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Qaradağ rayonunda vətəndaşa məxsus "KamAZ" markalı yük avtomobilinin kabinəsi yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakının Sabunçu rayonunda ümumi sahəsi 90 m2 olan birmərtəbəli 3 otaqlı evin bir otağının tavanı 2 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR