Prezident: “Qəzalı məktəblərlə bağlı problem 2-3 il ərzində həllini tapmalıdır”

Prezident: “Qəzalı məktəblərlə bağlı problem 2-3 il ərzində həllini tapmalıdır”
# 15 sentyabr 2017 12:28 (UTC +04:00)

“Son illər Bakıda, Azərbaycanda məktəblərin əksəriyyəti təmir olunub. Yeni məktəblər, korpuslar tikilib”.


APA-nın məlumatına görə, bunu bu gün prezident İlham Əliyev Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının məktəbin müəllim və şagird kollektivi ilə görüşdə söyləyib.


Dövlət başçısı deyib ki, Bakıda 300-dən çox məktəb var: “Son məlumata görə, 20-ə qədər məktəbin təmirə ehtiyacı var. Əminəm ki, gələn il, əgər çatdıra bilməsək, 2019-cu ildə Bakının bütün məktəbləri ən yüksək standartlara cavab verəcək. Bu il Bakıda 10 məktəb əsaslı təmir olunub, tikilib. Ölkə üzrə isə 70-dən çox məktəb təmir olunub, tikilib. İndi bölgələrdə tez tikilən modul tipli məktəblər tikilir. Onlar 100-ü bu il və gələn il istifadəyə verilməlidir. Qəzalı məktəblərlə bağlı problem də yaxın 2-3 il ərzində həllini tapmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR