Azərbaycana gələn ərəb turistin itmiş telefonu tapılıb

Azərbaycana gələn ərəb turistin itmiş telefonu tapılıb
# 28 mart 2017 10:21 (UTC +04:00)

Azərbaycana gələn ərəb turistin itmiş telefonu sahibinə qaytarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 25-də Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gələn qadın turist Sara Almansoori Qəbələ şəhəri ərazisindəki Tufandağ istirahət mərkəzində qarlı ərazidə mobil telefonunu itirməsi barədə Qəbələ Rayon Polis Şöbəsinə müraciət edib.

Dərhal görülən müvafiq tədbirlər nəticəsində telefon tapılaraq sahibinə qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR