Gənclər qrantlardan sahibkarlıq fəaliyyəti üçün istifadə edə biləcəklər

Gənclər qrantlardan sahibkarlıq fəaliyyəti üçün istifadə edə biləcəklər
# 03 fevral 2018 08:04 (UTC +04:00)

“Gənclərin sahibkarlıqla bağlı daha çox layihə təqdim etmələrini istəyirik”.

APA-nın xəbərinə görə, bunu Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib.

O bildirib ki, “Qrant haqqında” qanuna görə qrant formasında layihə alan şəxs bu maliyyədən gəlir əldə edə bilməz: “Biz istəyirik ki, qrant alan gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına dəstək verək. Hazırda bunun üzərində iş gedir. Düşünürəm ki, yaxın gələcəkdə gənclər aldıqları qrantlardan sahibkarlıq fəaliyyəti üçün istifadə edə biləcəklər”.

F. Hacıyev qeyd edib ki, bu günə qədər 10 qrant müsabiqəsi üzrə fond tərəfindən 3909 layihə maliyyələşdirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR