Barselona terrorunda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşları qeydə alınmayıb

Barselona terrorunda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşları qeydə alınmayıb
# 18 avqust 2017 08:41 (UTC +04:00)

Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, bu barədə Azərbaycanın İspaniyadakı səfirliyindən məlumat verilib: “Səfirliyimiz İspaniyanın müvafiq qurumları ilə təmasları davam etdirir. Terror hadisəsinin qurbanı olan bir neçə şəxs var ki, hələ onların şəxsiyyəti müəyyən olunmayıb. Əlavə məlumat olduğu təqdirdə, KİV-ə və ictimaiyyətə xəbər veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR