Şirvanda dəm qazından zəhərlənmə hadisəsi şəhərin M.Mirzəyev 23 ünvanında yerləşən fərdi yaşayış evində baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakinləri olan ər və arvad – 1978-ci il təvəllüdlü Asim Süleymanov və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Süleymanova Zeynəb Akif qızı Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.
Asim Süleymanov reanimasiyaya daxil olana qədər yolda keçindiyi qeyd edilir.
Faktla bağlı araşdırma aparılır.
21:04
Şirvan şəhərində iki nəfər dəm qazından zəhərlənib.
APA-nın yerli bürosunun məlumatına görə, 42 yaşlı Asim Süleymanov və onun həyat yoldaşı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
A.Süleymanov dünyasını dəyişib, həyat yoldaşı isə reanimasiyaya yerləşdirilib.