Bu yolda hərəkət məhdudlaşdırılır

Bu yolda hərəkət məhdudlaşdırılır
# 22 fevral 2019 12:15 (UTC +04:00)

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Sabunçu rayonu Bakıxanov qəsəbəsinin Səməd bəy Mehmandarov prospektində Dəmiryolu stansiyasından Sabunçu Rayon İcra Hakimiyyətinə doğru olan istiqamətdə hərəkət qısa müddətlik məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinindən ONA-ya bildirilib ki, avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq əks istiqamət üzrə ikitərəfli olmaqla təmin olunacaq.

Dövlət Agentliyi müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR