SOCAR neft hasilatını 1,5%-dən çox azaldıb

SOCAR neft hasilatını 1,5%-dən çox azaldıb
# 05 oktyabr 2017 15:16 (UTC +04:00)

Bu ilin avqust ayında SOCAR tərəfindən 626,6 min ton neft hasil edilib.

"APA-Economics" SOCAR-ın statistik rəqəmlərinə istinadən xəbər verir ki, bu, ötən ilin avqust ayı ilə müqayisədə 1,56% az, bu ilin iyul ayı ilə müqayisədə isə 0,78% çoxdur.

Bu ilin yanvar-avqust aylarında ümumilikdə SOCAR tərəfindən 4 mln. 963,5 min ton neft hasil edilib ki, bu da 2016-cı ilin 8 ayı ilə müqayisədə 1,85% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 645,1 min ton, fevral ayında 576,2 min ton, martda 624,8 min ton, apreldə 613,1 min ton, mayda 636,9 min ton, iyun ayında 609,3 min ton, iyul aylında isə 639 min ton neft hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR