® Xüsusi qiymətlər, Apple sehri və təntənəli açılış

<font color=red>® </font>  Xüsusi qiymətlər, Apple sehri və təntənəli açılış
# 18 oktyabr 2017 10:31 (UTC +04:00)

Bakıda yeni Apple Premium Reseller mağazasının açılışı olacaq

Oktyabrın 20-də Bakıda “iPad”, “Mac” və “iPhone” məhsullarını xüsusi qiymətlə təklif edəcəklər. Bununla yanaşı, “Apple” üslubunda tematik zonaları quraşdırılacaq, sehirbaz şousu və canlı konsert olacaq.

Açılışda Apple məhsullarına xüsusi qiymətlər təklif ediləcək

Bunların hamısı Port Baku AVM-də “Alma Store Apple Premium Reseller” mağazasının açılışı zamanı baş tutacaq. Aksiya üç məşhur “Apple” cihazlarını əhatə edəcək: “iPad” 32 GB Wi-Fi -699 AZN, “MacBook Air” 2017 128 GB 1799 AZN, “iPhone 7” 32 GB 1249 AZN.

“iPad” və “Mac” kompüterlərinin qiymətləri çox sərfəli olacaq. “Apple”nin yeni modelləri Avropa və ABŞ qiymətlərinə yaxın, hətta aşağıda olacaq.

“Biz bunları qonaqlara hədiyyə kimi etmişik, qazanc üçün deyil”- bu haqda “Alma Store”-dən bildiriblər.

Planşetlər və kompüterləri “Alma Store”un açılışdan sonra əldə etmək mümkün olacaq. Açılış 20 oktayabr, saat 19:00-da Port Baku-nun birinci mərtəbəsində baş tutacaq.

Qeyd edək ki, məhsulların sayı məhdud olduğundan aksiya vaxtından tez bitə bilər. Cihazları nağd ödənişlə yanaşı “Worldcard” vasitəsilə kredit yolu ilə də əldə edə bilərsiniz. Bundan əlavə açılışdan bir saat əvvəl qonaqlara xüsusi şou təqdim ediləcək. İlluziyaçılar “Apple” cihazları ilə fokuslar nümayiş edəcəklər və arzu edən hər kəs öz fotosunu “iPad Pro”da “Apple Pencil”lə çəkə biləcək. Bundan əlavə qonaqlar arasında qiymətli hədiyyələr də oynanılacaq.

Alış-veriş mərkəzini bir neçə saatlığa “Apple dünyasına” əyləncə və təlim zonalarına çevirəcəklər. Oyun zonasında “Apple TV” imkanlarını test edə və yarışa bilərsiniz.

Nəzərinizə çatdıraq ki, yeni mağazanın sahəsi 170 kv m-dən artıq olacaq. Böyük bir sahə yeni modellərlə stendlərə ayrılacaq ki, bu da öz növbəsində onları testdən keçirməyə imkan verəcək.

Yeniliklərdən biri “demo-zona Beats” olacaq, adıgedən qulaqlıqlarla. Yanında təlim üçün masa da yerləşdiriləcək. Mağazada həmçinin “Apple” məhsulları ilə yaxından tanış olmaq istəyən hər bir kəs üçün ayrı təlim otağı da fəaliyyət göstərəcək.

Mağaza xüsusi konsultasiya seksiyası və “Flex Table” təlim ilə seçiləcək. Qiymətlər bazar səviyyəsində olacaq. Açılış günü isə təşkilatçılar iştirakçıları xüsusi qiymətlərlə sevindirməyə söz verirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR