Nigeriyada Lassa qızdırması 31 nəfərin həyatına son qoyub

Nigeriyada Lassa qızdırması 31 nəfərin həyatına son qoyub
# 06 fevral 2018 00:01 (UTC +04:00)

Nigeriyada Lassa qızdırması epidemiyası 31 nəfərin ölümünə səbəb olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Nigeriyanın Səhiyyə naziri İsaak Adevole bildirib.

Onun sözlərinə görə, artıq ağır xəstəliyə yoluxanların sayı 105 nəfərə çatıb. Ölümcül virusa yoluxan 10 tibb işçisindən 4-ü dünyasını dəyişib. “Əvvəllər epidemiya yalnız quraqlıq mövsümündə baş qaldırırdı, indi isə biz bütöv il ərzində xəstəliklə mübarizə aparırıq”, deyə nazir qeyd edib.

Əsasən siçanlardan insana keçən Lassa qızdırması təmas yolu ilə yayılır və qanaxmalarla müşayiət olunan yüksək hərarətə səbəb olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR