Bu il Azərbaycanda tütün istehsalı 16% azalıb

Bu il Azərbaycanda tütün istehsalı 16% azalıb
# 16 sentyabr 2017 08:34 (UTC +04:00)

Əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 15,9% azalma, qida məhsullarının istehsalında 1,1%, içki istehsalında isə 28,6% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu sahələrin əsas məhsullarından pendir və kəsmik istehsalı 3,8%, kolbasa məmulatlarının istehsalı 50,3%, marqarin istehsalı 19,7%, cem və marmeladların istehsalı 3,0%, alkoqolsuz içkilərin istehsalı 3,4%, pivə istehsalı 25,3% artıb, qənd və şəkər tozu istehsalı isə 40,3% azalıb.

Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 150,9 mln. manat dəyərində məhsul istehsal edilib, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə toxuculuq sənayesində 82,1%, geyim istehsalında 43,5% faiz artım, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 34,8% azalma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR