Bakı və Sumqayıtda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxslər xilas edilib

Bakı və Sumqayıtda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxslər xilas edilib
# 27 iyul 2017 17:47 (UTC +04:00)

Sumqayıtda bir nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Corat qəsəbəsində baş verib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

Digər oxşar hadisə Bakının Xəzər rayonunda olub. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş şəxsi xilas ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR