Tramp ABŞ-ın Əfqanıstandakı qoşunlarının komandanının istefasını tələb edib

Tramp ABŞ-ın Əfqanıstandakı qoşunlarının komandanının istefasını tələb edib
# 03 avqust 2017 03:29 (UTC +04:00)

Prezident Donald Tramp ABŞ-ın Əfqanıstandakı qoşunlarının komandanı Con Nikolsonun istefasını tələb edib.

APA-nın məlumatına görə, bu barədə NBC telekanalı məlumatlı mənbəyə istinadən xəbər verib.

“Biz Əfqanıstanda müharibədə məğlub oluruq. Buna görə, qoşunların rəhbərliyində rotasiyaya ehtiyac var. Biz qalib gəlmirik, uduzuruq”, deyə D.Tramp

Məlumata əsasən, Tramp həmçinin ABŞ-ın NATO üzrə müttəfiqlərinin fəaliyyəti ilə bağlı dərin narazılığını ifadə edib.

Qeyd edək ki, Əfqanıstanın Qəndəhar vilayətində “Taliban” silahlılarının NATO qüvvələrinin konvoyuna hücumu nəticəsində iki amerikalı hərbçi həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR