Milli Məclisin deputatları AŞPA komitələrinin iclaslarına qatılacaqlar

Milli Məclisin deputatları AŞPA komitələrinin iclaslarına qatılacaqlar
# 13 noyabr 2017 15:30 (UTC +04:00)

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev təşkilatın Siyasi işlər və demokratiya, həmçinin Monitorinq komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 13-dən 16-dək Parisdə səfərdə olacaqlar.

MM-dən APA-ya verilən məlumata görə, iclaslarda İŞİD terror təşkilatının maliyyələşdirilməsi, AŞPA-nın ATƏT-lə münasibətləri, Suriyadakı vəziyyətin qonşu dövlətlərə təsiri, Liviyanın gələcəyi, Moldovada və Ermənistanda vəziyyət, Polşada demokratik institutların fəaliyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq. Deputatlar tədbirlərdə çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR