Bank Of Baku

Bakıda montyor elektrik cərəyanı vurması nəticəsində ölüb, prokurorluq araşdırmalara başlayıb

Bakıda montyor elektrik cərəyanı vurması nəticəsində ölüb, prokurorluq araşdırmalara başlayıb
# 16 avqust 2021 09:45 (UTC +04:00)

Avqustun 14-ü saat 11 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan APA-ya verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin İstismar Şöbəsinin elektrik-montyoru Mütafil Məmmədov qeyd edilən ərazidə elektrik dirəyinə çıxaraq elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR