Səudiyyə Ərəbistanı Müdafiə nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Səudiyyə Ərəbistanı Müdafiə nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edəcək
# 05 fevral 2018 18:36 (UTC +04:00)

Səudiyyə Ərəbistanı Krallığı Müdafiə nazirliyinin nümayəndə heyəti fevralın 6-dan 9-dək Azərbaycanda səfərdə olacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində general-mayor Əli bin İbrahim Fəvvazın rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə nazirliyində görüşlər keçirəcək, eləcə də Silahlı Qüvvələrin Hərbi Akademiyasını, Təlim və Tədris Mərkəzini, Baş Klinik Hospitalını ziyarət edəcək.

Görüşlərdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq, regional təhlükəsizlik, o cümlədən hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR