Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə 500-dən çox konteyner daşınıb

Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə 500-dən çox konteyner daşınıb
# 09 fevral 2018 10:09 (UTC +04:00)

Bu günə qədər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə 500-dən çox konteyner daşınıb.

"APA-Economics" xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları”nda son üç ilin yekunlarına həsr olunmuş yığıncaqda QSC sədri Cavid Qurbanov bildirib.

C.Qurbanovun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yoluna xarici ölkələrin marağı olduqca böyükdür.

"Zaman keçdikcə bura cəlb olunan yüklərin həcmi artacaq. Türkiyə ilə Çin arasında təxminən 500 min konteyner dövriyyəsi var. Bu da Bakı-Tbilisi-Qars dəmir yolu ilə konteynerlərin həcminin artmasında rol oyanacaq", - deyə C.Qurbanov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR