ASB 4,2 mln. manat mənfəət əldə edib

ASB 4,2 mln. manat mənfəət əldə edib
# 12 iyul 2017 09:07 (UTC +04:00)

"Azərbaycan Sənaye Bankı" ASC (ASB) cari ilin I yarısında aktivlərini 935,523 mln. manata çatdırıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 48% çoxdur.

"APA-Economics" bankın açıqladığı hesabat istinadən xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 26,34% artaraq 281,872 mln. manat təşkil edib.


İlin ilk yarısında bankın öhdəlikləri 53,89% artaraq 846,599 mln. manat, depozit portfeli isə 65,7% artaraq 607,689 mln. manata çatıb. Depozit portfelinin 310,077 mln. manatı fiziki şəxslərin əmanətlərinin payına düşür.

Hesabat dövrünün sonuna ASB-nin nizamnamə kapitalı dəyişməyərək 60 mln. manat qalıb. Məcmu kapital isə 1 il ərzində 3,45% artaraq 83,918 mln. manata çatıb ki, bu da tənzimləyicinin kapitala olan minimal tələbindən (50 mln. manat) 67,84% çoxdur.

Bank cari ilin ilk yarısını 4,241 mln. manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR