Dağıstanda naməlum şəxs polis əməkdaşlarına atəş açıb

Dağıstanda naməlum şəxs polis əməkdaşlarına atəş açıb
# 15 yanvar 2018 20:53 (UTC +04:00)

Dağıstanın Kaspiysk şəhərində naməlum şəxs polis əməkdaşlarına atəş açıb.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat verib.

Məlumata əsasən, naməlum şəxs sənədlərini yoxlamaq istəyən polis əməkdaşlarına atəş açıb. Cavab atəşi ilə cinayətkar zərərsizləşdirilib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR