Ucarda avtomobilin vurduğu ana və qızı ölüb - FOTO

Ucarda avtomobilin vurduğu ana və qızı ölüb

 - FOTO
# 03 mart 2019 17:58 (UTC +04:00)

Ucarda piyadaların ölümü ilə nəticələnən yol qəzası baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17.00 radələrində Bakı-Qazax magistral yolunun 228-ci kilometrində, yolun Ucar rayonun Küçəkənd kəndində keçən hissəsində qeydə alınıb.

Bərdə sakini 1984-cü il təvəllüdlü Rəşad Rəhim oğlu Cavadovun idarə etdiyi “Hundai” markalı “99 LR 711” dövlət nömrə nişanlı minik maşını yolu keçən ana və qızını – Küçəkənd kənd sakinləri 1990-cı il təvəllüdlü İsgəndərova Aynur Ramiz qızı və 2014-cü il təvəllüdlü İsgəndərova Ayşən Xəyal qızını vurub. Hər iki şəxs aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR