Bakı-2015: I Avropa Oyunlarının son günündə 9 dəst medal uğrunda mübarizə aparılacaq

Bakı-2015:  I Avropa Oyunlarının son günündə 9 dəst medal uğrunda mübarizə aparılacaq
# 28 iyun 2015 05:15 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, idmançılar yarışların son günündə cəmi 9 dəst medal uğrunda mübarizə aparacaqlar.

Tamaşaçılar son gündə 5 növ üzrə qaliblərin müəyyənləşməsinə şahid olacaq. Komanda idman növləri - çimərlik futbolu və voleybolda həlledici matçlar baş tutacaq.

Cüdoçular da mübarizəni komanda yarışları ilə yekunlaşdıracaqlar. Badminton və BMX velosiped idmanında da final mərhələsi baş tutacaq.

Azərbaycan təmsilçiləri Oyunların son günündə yalnız iki növdə qüvvəsini sınayacaq. Çimərlik futbolu yığmamız yekundakı mövqeyini həll edəcək matça çıxacaq. Çüdoçularımız isə növbəti dəfə tatami üzərində bacarığını göstərməyə çalışacaq.

28 iyun

10:00. Cüdo

Komanda yarışları

Heydər Əliyev adına İdman Arenası

10:30. Voleybol

Kişilər, 3-cü ye uğrunda oyun

Bakı Kristal Zalı

11:30. Çimərlik futbolu

7-ci yer uğrunda oyun

Çimərlik Arenası

12:00. Badminton

Final

Bakı İdman Zalı

13:00. Voleybol

Kişilər, final

Bakı Kristal Zalı

13:00. Çimərlik futbolu

5-ci yer uğrunda oyun

Çimərlik Arenası

14:30. Çimərlik futbolu

3-cü yer uğrunda oyun

Çimərlik Arenası

15:00. BMX velosiped idmanı

Final

BMX Veloparkı

16:00. Çimərlik futbolu

Final

Çimərlik Arenası

20:15. Bağlanış mərasimi

Bakı Olimpiya stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR