Ançelotti “Everton”un baş məşqçisi təyin olunub

Ançelotti “Everton”un baş məşqçisi təyin olunub
# 21 dekabr 2019 15:47 (UTC +04:00)

İtaliyalı futbol mütəxəssisi Karlo Anşelotti İngiltərənin “Everton” komandasının baş məşqçisi təyin olunub. APA-nın məlumatına görə, bu barədə “Everton” klubunun mətbuat xidməti məlumat yayıb. Klub K. Ançelotti ilə 4 illik müqavilə bağlayıb.

Qeyd edək ki, K. Ançelottinin sonuncu iş yeri İtaliyanın “Napoli” komandasının baş məşqçisi postu olub.

“Everton”un əvvəlki məşqçisi Marko Silva isə komandası “Liverpul”a 2:5 məğlub olandan sonra dekabrın 5-də istefaya göndərilib.

Qeyd edək ki, dünən daha bir İngiltərə komandasına baş məşqçi təyinatı olub. İspaniyalı Migel Arteta Londonun “Arsenal” komandasının baş məşqçisi təyin edilib. Buna qədər o, “Manşester Siti” komandasının baş məşqçisi Xosep Quardiolanın koməkçisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR