Azərbaycanda istehlak kreditləşməsi artıb

Azərbaycanda istehlak kreditləşməsi artıb
# 05 iyun 2018 15:53 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında kredit qoyuluşlarının həcmi 2018-ci ilin mayın 1-nə 11 mlrd. 815,8 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3 mlrd. 637,7 mln. manat və ya 23,54% azdır.

Kredit qoyuluşlarının sahələr üzrə tərkibində ən iri həcm yenə də ev təsərrüfatlarının payına düşür. Belə ki, mayın 1-nə ev təsərrüfatlarına verilən kreditlərin həcmi 4 mlrd. 689,4 mln. manat təşkil edib ki, bu göstəricinin ümumi kredit qoyuluşlarında çəkisi 39,7%-ə bərabərdir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 540,8 mln. manat və ya 10,40% azalıb, apreldə isə 54,3 mln. manat və ya 1,17% artıb.

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra ümumi kredit qoyuluşlarında ən yüksək çəki ilə - 16,9%-lik payla “Ticarət və xidmət”, 9,4%-lik payla nəqliyyat və rabitə, 5,7%-lik payla sənaye və istehsal, 4,4%-lik payla “İnşaat və əmlak”, 3,9%-lik payla kənd təsərrüfatı və emal, 2,6%-lik payla energetika, kimya və təbii ehtiyatlar sahələrini qeyd etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR