Rusiyada 5,5 bal gücündə zəlzələ baş verib

Rusiyada 5,5 bal gücündə zəlzələ baş verib
# 03 avqust 2017 03:14 (UTC +04:00)

Rusiyanın şərqində, Kamçatka yarımadası sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 95 km aralıda, ocağı isə 64 km dərinlikdə yerləşib.

Zəlzələ Kamçatka yarımadasının bir sıra yaşayış məntəqələrində hiss olunub.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR