FHN Binəqədi rayonunda yağış suları basan evin 4 sakinini təxliyə edib

FHN Binəqədi rayonunda yağış suları basan evin 4 sakinini təxliyə edib
# 03 dekabr 2017 14:53 (UTC +04:00)

Bu gün Bakı şəhəri, Binəqədi rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar səbəbi ilə yağış suları ilə dolub və nəticədə 4 nəfər köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.

Əməliyyat başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR