Diplomatik korpus nümayəndələrinin cəbhə bölgəsinə səfəri başlayıb

Diplomatik korpus nümayəndələrinin cəbhə bölgəsinə səfəri başlayıb
# 27 fevral 2019 14:55 (UTC +04:00)

Xarici İşlər Nazirliyinin təşkilatçılığı Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin cəbhə bölgəsinə səfəri başlayıb.

ONA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, diplomatları Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qarşılayıb.

Qonaqlara Ağdam haqqında məlumat verilib, bildirilib ki, rayonun 77%-i erməni hərbi birləşmələrinin işğalı altındadır.

Daha sonra diplomatlar “Bayraq Muzeyi” ilə tanış olublar. Onlar günün sonunadək rayonun cəbhə kəndlərində sosial-iqtisadi vəziyyətlə tanış olacaqlar.

Habil Aslanoğlu

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR