Ukraynada dörd azərbaycanlı yanğında ölüb

Ukraynada dörd azərbaycanlı yanğında ölüb
# 02 oktyabr 2017 11:21 (UTC +04:00)

Ötən gecə Ukraynanın Zaporojye şəhərindəki hostellərdən birində baş verən yanğında 4 azərbaycanlı ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Vsya Vlast” portalı məlumat yayıb.

Bildirilir ki, hosteldə baş verən yanğın zamanı 4 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb. Ölən digər şəxsin hostelin qarovulçusu olduğu deyilir.

Aralarında 2009-cu il təvəllüdlü uşağın da olduğu daha 4 nəfər xilas edilib.

Ümumilikdə binanın 200 kvadrat metrlik ikinci mərtəbəsi yanıb. Hadisə yerinə onlarla xilasedici və 15 texnika cəlb olunub. Yanğının səbəbi araşdırılır.

Hosteldə əsasən topdansatış tərəvəz bazarının satıcılarının qaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR