Çavuşoğlu: “Rusiyadan S-400 alınmasına dair saziş bitmiş bir anlaşmadır”

Çavuşoğlu: “Rusiyadan S-400 alınmasına dair saziş bitmiş bir anlaşmadır”
# 26 fevral 2019 16:48 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Rusiyadan S-400 zenit-raket sistemlərinin alınmasına dair sazişi “bitmiş bir anlaşma” adlandırıb.

ONA-nın Türkiyə mediasına istinadən xəbərinə görə, bu barədə nazir jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Türkiyə verdiyi sözlərdən heç vaxt dönməyib. Başqalarından gələn açıqlamalar bizi ilgiləndirməz” – deyə açıqlama verib.

Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında S-400 zenit-raket sistemlərinin alqı-satqısına dair razılaşma imzalanıb. Sazişə əsasən, Türkiyəyə S-400-lərin ilk partiyası iyul ayında çatdırılmalıdır. ABŞ isə Türkiyəyə xəbərdarlıq edib ki, NATO sistemləri ilə uyğunluq təşkil etməyən S-400-ləri alacağı halda, Ankara Vaşinqtonun sanksiyaları ilə qarşılaşa bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR