Goranboyda avtomobil qadını vurub

Goranboyda avtomobil qadını vurub
# 16 fevral 2017 20:58 (UTC +04:00)

Goranboyda yolu süpürən qadını avtomoibl vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Goranboy şəhərində qeydə alınıb. Rayon sakini, Kommunal müəssisələr kombinatının süpürgəçisi 1958-ci il təvəllüdlü Nağıyeva Rahilə İsa qızı yolu süpürərkən avtomobillə vurulub. Bud sümüyünün sınığı və müxtəlif bədən xəsarətləri alan qadın Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadını vuran “VAZ 2106” markalı avtomobil hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR