Paytaxtda iki minik avtomobili toqquşub

Paytaxtda iki minik avtomobili toqquşub
# 31 mart 2018 02:28 (UTC +04:00)

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

APA-nın xəbərinə görə, avtoqəza İzmir küçəsində qeydə alınıb.

Hadisə zamanı "Mercedes" və "Şkoda" markalı minik maşınları toqquşub. Məlumata görə, birinci avtomaşın Tbilisi prospektindən İnşaatçılar prospekti istiqamətində hərəkət edirmiş. Qarşı istiqamətdə gələn "Şkoda" markalı avtomobilin sürücüsü geriyə doğru manevr etmək istəyib və bu vaxt digər nəqliyyat vasitəsinin yolunun çıxıb. Toqquşma zamanı hərəkəti tənzimləyən yol nişanı da aşıb. Nəticədə ərazidə qısa müddətli tıxac yaranıb.

Yol qəzası nəticəsində ciddi xəsarət alan olmayıb. Qəzaya uğramış avtomobillər ərazidən götürüldükdən sonra hərəkət bərpa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR