Vərəmdən əziyyət çəkənlərə müvəqqəti əlillik dərəcəsi verilməsi təklif edilib

Vərəmdən əziyyət çəkənlərə müvəqqəti əlillik dərəcəsi verilməsi təklif edilib
# 30 yanvar 2018 10:25 (UTC +04:00)

Azərbaycanda mütəmadi olaraq vərəm xəstəliyindən əziyyət çəkənlərə müvəqqəti əlillik dərəcəsi verilməsi təklif edilib.

APA-nın məlumatına görə, bu təklifi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Səhiyyə komitəsinin bu gün keçirilən iclasında səsləndirib. O deyib ki, əlilliyin verilməsi ilə bağlı prosedurlar elektronlaşdırılıb və bu sahədə bürokratik əngəllər aradan qaldırılır.

Komitə sədri bildirib ki, davamlı vərəm xəstəliyi daşıyıcısı olanlara müvəqqəti əlillik dərəcəsinin verilməsi ilə bu problemin həllində daha ciddi irəliləyiş əldə edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR