Moskvada Liviya ilə bağlı danışıqlar 4 saatdan çoxdur davam edir - YENİLƏNİB

Moskvada Liviya ilə bağlı danışıqlar 4 saatdan çoxdur davam edir - YENİLƏNİB
# 13 yanvar 2020 18:19 (UTC +04:00)

Liviya münaqişəsinin nizamlanması ilə bağlı Moskvada Rusiya və Türkiyə arasında “2+2” formatında keçirilən görüş 4 saatdan çoxdur davam edir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, danışıqlara Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar və Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac da qatılıblar.

Danışıqların əsas məqsədi tərəflər arasında atəşkəs sazişinin imzalanmasıdır.

Liviya münaqişəsi ilə bağlı çoxtərəfli məsləhətləşmələr ilk olaraq həm “2+2”, həm də nümayəndə heyətlərinin ayrı-ayrılıqda görüşləri formatında və mətbuata qapalı keçirilir.

Danışıqların yekunları ilə bağlı Rusiya və Türkiyə XİN başçılarının mətbuata birgə bəyanatla çıxış edəcəyi gözlənilir.

***

saat 15:40

Moskvada Rusiya və Türkiyənin Xarici İşlər və Müdafiə nazirləri arasında “2+2" formatında görüş başlayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin "Qəbullar Evi"ndə keçirilən görüşdə Rusiya XİN başçısı Sergey Lavrov, Rusiya Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu, Türkiyə Müdafiə naziri Hulusi Akar və Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan iştirak edirlər.

Qeyd edək ki, yanvarın 8-də İstanbulda Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında əldə olunan razılığa əsasən, bu gün Moskvada iki ölkənin Xarici İşlər və Müdafiə nazirləri səviyyəsində Liviya münaqişəsinin nizamlanmasına həsr olunan görüş keçirilir. Danışıqlara daha sonra Moskvada səfərdə olan Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar və Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Səracın qatılacağı da bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR