BFB-nin üzvlərinin sayı yeddiyə çatıb

BFB-nin üzvlərinin sayı yeddiyə çatıb
# 01 avqust 2017 10:23 (UTC +04:00)

"Xalq Kapital İnvestisiya Şirkəti" QSC-nin Bakı Fond Birjasında (BFB) üzvlüyü bərpa olunub.


BFB-dən "APA-Economics"ə verilən məlumata görə, 31 iyul 2017-ci il tarixində şirkətin fəaliyyəti "Qiymətli kağızlar bazarı haqqında" qanuna və birjanın "Üzvlük qaydaları"na uyğunlaşdırıldığı üçün Üzvlük Komissiyası üzvlüyün bərpa olunması barədə qərar verib.

Qeyd edək ki, "Xalq Kapital İnvestisiya Şirkəti" Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 2017-ci ilin iyunun 9-da verilmiş investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malikdir.

Bununla da BFB-nin üzvlərinin sayı 7-yə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR