Azərbaycanın stolüstü tennisçiləri gənclərin Avropa Çempionatının qalibi olub

Azərbaycanın stolüstü tennisçiləri gənclərin Avropa Çempionatının qalibi olub
# 20 iyul 2018 12:52 (UTC +04:00)

Rumıniyanın Kluj-Napoka şəhərində stolüstü tennis üzrə gənclər arasında Avropa Çempionatı keçirilir.

İqtisadiyyat Nazirliyindən APA-ya verilən məlumata görə, 44 ölkədən 42 kişi və 39 qadın komandasının iştirak etdiyi çempionatda qızlardan ibarət Azərbaycan stolüstü tennisçiləri finalda Rusiya komandasına qalib gələrək qızıl medal qazanıb. Bu, Azərbaycan stolüstü tennis tarixində ən yüksək nəticədir.

Xatırladaq ki, 2017-ci il gənclərin Avropa çempionatında qızlardan ibarət yığmamız bürünc medal qazanıb.

Çempionat şəxsi yarışlarla davam edir.

İdman

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR