Hollandiyada 5 şirkətə içərisində bomba olan paketlər göndərilib

Hollandiyada 5 şirkətə içərisində bomba olan paketlər göndərilib
# 03 yanvar 2020 08:24 (UTC +04:00)

Son bir həftə ərzində Hollandiyanın Amsterdam, Rotterdam və Utrext şəhərlərində yerləşən müxtəlif rpofillər üzrə fəaliyyət göstərən (otel, 2 yanacaqdoldurma məntəqəsi, avtomobil salonu, əmlak agentliyi) 5 şirkətə içərisində bomba olan paketlər göndərilib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə “NL Times” nəşrində məlumat dərc edilib.

Məktubların üstündə göndərən şirkətin – “CIB”in loqotipi əks olunub.

Polis dərhal hərəkətə keçərək “CIB” şirkətinin ofisində axtarışa başlayıb. Axtarış nəticəsində 6-cı belə bir məktub aşkarlanıb.

Yerli polisin açıqlamasında qeyd edilib ki, bombalı məktublar ünvanlara çatdırılsa da, heç biri partlamayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hələlik şübhəli şəxslərin tutulduğu barədə açıqlama verməyib.

Hollandiya hökuməti Rotterdam sakinlərini “CIB”dən məktub alarkən ayıq olmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR