İran prezidentinin qardaşı zaminə buraxılıb

İran prezidentinin qardaşı zaminə buraxılıb
# 18 iyul 2017 09:26 (UTC +04:00)

İran prezidentinin həbs olunan qardaşı Hüseyn Fereydun sərbəst buraxılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, maliyyə cinayətlərində ittiham olunan H. Fereydun 8,3 milyon dollar girov qarşılığında məhkəmə zalından zaminə buraxılıb.

Yerli mətbuatın yazdığına görə, Ruhaninin qardaşı məhkəmə zalından xəstəxanaya aparılıb, axşam saatlarında isə onun zaminə buraxılmasına dair razılıq əldə olunub. Girovun ilkin məbləği 13,3 milyon dollar olsa da, sonra məhkəmə onun 8,3 milyon dollaradək endirilməsinə razılıq verib.

Qeyd edək ki, H. Fereydun 2015-ci ildə İranın nüvə proqramına dair danışıqlar zamanı prezidentin xüsusi elçisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR