İnterpol tərəfindən axtarışa verilən 112 nəfərin yeri müəyyən edilib

İnterpol tərəfindən axtarışa verilən 112 nəfərin yeri müəyyən edilib
# 27 yanvar 2017 13:45 (UTC +04:00)

Ötən il İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 75 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 37 şəxsin yeri müəyyən olunub.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün keçirdiyi kollegiya iclasında bildirib.

Bütövlükdə axtarış işinin nəticələri müqayisə edilən dövrə nisbətdə 2,4 faiz yaxşılaşaraq 71,5 faiz təşkil etdiyini vurğulayan nazir eyni zamanda, müxtəlif cinayətlər törətmiş 13.911, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 2429 şəxs məhkəmə məsuliyyətinə cəlb olunduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR