Tovuzda tövlə yanıb, mal-qara tələf olub

Tovuzda tövlə yanıb, mal-qara tələf olub
# 11 mart 2019 14:48 (UTC +04:00)

Tovuzda tövlədə yanğın baş verib.

ONA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonunun Əyyublu kəndində qeydə alınıb. Kənd sakini Vüqar Nəsibova məxsus tövlənin yanması zamanı içəridə olan 2 inək və 3 buzov tələf olub. Alov tövlənin yaxınlığındakı evə də keçib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin Tovuz rayon şöbəsinin 3 yanğınsöndürən texnikası və 15 nəfər canlı qüvvəsi cəlb olunub.

Alovun qarşısı alınıb, Hadisənin baş vermə səbəbləri araşdırılır.

Fuad Hüseynov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR