Apreldə Azərbaycanda milli valyutada əmanətlərin həcmi artıb

Apreldə Azərbaycanda milli valyutada əmanətlərin həcmi artıb
# 05 iyun 2018 15:39 (UTC +04:00)

2018-ci ilin aprel ayında əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 881,4 mln. manat təşkil edib ki, bunun da 2 mlrd. 887,8 mln. manatı (36,64%) milli valyuta, 4 mlrd. 993,5 mln. manatı (63,36%) isə xarici valyuta ilə yerləşdirilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.

2017-ci ilin analoji dövrü ilə müqayisədə bu il əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 1 mlrd. 279,6 mln. manat və ya 79,6% artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 271,5 mln. manat və ya 5,2% azalma var.

Bununla yanaşı, cari ilin mart ayı ilə müqayisədə apreldə manatda olan əmanətlərin həcmi 136,7 mln. manat və ya 5%, xarici valyutada olan əmanətlərin həcmi isə 87,4 mln. manat və ya 1,78% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR