Azərbaycan təmsilçisi "Eurovision-2018"-də mübarizəni dayandırıb

Azərbaycan təmsilçisi "Eurovision-2018"-də mübarizəni dayandırıb
# 08 may 2018 23:49 (UTC +04:00)

Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

APA-nın xəbərinə görə, Azərbaycan təmsilçisi Aysel Məmmədova səhnəyə birinci çıxaraq "X my heart" mahnısını ifa edib. Çıxışlardan sonra keçirilmiş səsvermənin nəticələrinə əsasən, A.Məmmədova mahnı müsabiqəsinin finalına vəsiqə qazana bilməyib.

Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Bunlar Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya, İrlandiyadır.

Birinci yarımfinalda 19 ölkə finala keçmək uğrunda yarışıb.

Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi Portuqaliya və Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

"Eurovision-2018"-in ikinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR