"Yapı Kredi Bank Azərbaycan" rübü 6 mln. manatdan çox mənfəətlə başa vurub

"Yapı Kredi Bank Azərbaycan" rübü 6 mln. manatdan çox mənfəətlə başa vurub
# 26 oktyabr 2017 10:18 (UTC +04:00)

"Yapı Kredi Bank Azərbaycan" 2017-ci ilin üçüncü rübünün məlumatlarını ictimaiyyətə təqdim edib.


"APA-Economics" xəbər verir ki, bankın mənfəət və zərər hesabatına nəzər yetirdikdə cari ilin 9 ayının yekununda 6,3 milyon manatlıq xalis mənfəət əldə etdiyi görünür.

Hesabatı şərh edən bankın İdarə Heyətinin sədri Cenk Yüksel deyib: "Yapı Kredi Bank Azərbaycan" olaraq müştərilərimizin etimadını qazanmaq bizim üçün çox önəmlidir. Bu istiqamətdə hər zaman lazımi addımları atmışıq, bundan sonra da davam edəcəyik. Güvənini qazandığımız müştərilərin sayı getdikcə artmaqdadır. Bunun nəticəsi olaraq, görürük ki, ötən ilin sentyabr ayının sonu ilə müqayisədə, bu ilin analoji dövründə əmanətlərimizin həcmi 34% artaraq 302 mln. manat olub".

Bankın xalis faiz gəlirləri 23% artaraq 19,1 mln. manata çatıb.

"Yapı Kredi Bank Azərbaycan" dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı "UniCredit" (İtalya) və "Koç Holding" (Türkiyə) olan bank Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR