Lənkəranda avtomobil piyadanı vuraraq qaçıb

Lənkəranda avtomobil piyadanı vuraraq qaçıb
# 10 sentyabr 2017 22:01 (UTC +04:00)

Lənkəranda piyadanı vuran avtomobil hadisə yerindən qaçıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhərinin Səttarxan küçəsində qeydə alınıb.

Sürücüsü məlum olmayan avtomobil adıçəkilən küçədə yaşayan, 1962-ci il təvəllüdlü Sevil Balakişi qızı Qasımovanı vuraraq hadisə yerindən qaçıb. Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR